Aşiq olmaq, sevmək duyğusu cəhənnəmin yerdəki şeklidir mi?
- Bəlkə də.
Çünki sıradan insanların fikirləri sənin üçün önəmli olmaz, incitməz belə amma eyni sözü sevdiyindən duyunca ürəyində elə bir boşluq elə bir boğulma yaranar ki, sanki nəfəsin kəsiləcək kimi. Ən çox da sevməkdən qaçanlar, sevməkdən qorxanlar sevər birisini. Əsl eşq ondadır. Çünki sevmək qorxusuda sevginin acısını dərk edə bildiyi üçün yaranmışdır onda. Birdə yalnız özünü sevənlər var, qarşındakına olan sevgi belə özünə olan sevgisindən qaynaqlanar. Bu cümləni anlamadığınızın fərqindəyəm. Yalnız özünü sevən insanların duyğularıda özlərinədir, onlara sevdiklərinin duyğuları, maraqları, acıları maraqlı deyildir. Onlar da eşq sahiblənməkdir. Özlərinə o qədər aşiqdirlər ki, sahiblənincə əvəzedilməz, terkediləməz olduqlarını zənn edərlər. Buna görə də qırıb, tökməkləri, qarşısındakınıj acısı onlara maraqlı deyildir. Sonra heçnə olmamış kimi, hər şey gözləmiş kimi davam edərlər, amma açdıqları yaradan, zərrə qədər narahat olmamışlardır. Çünki əsil sevgi duyğusu onlar üçün yoxdur. Hər şey sadəcə onlardan ibarətdir. Bütün dünya, hər şey. Onların hər hərəkətlərində özlərinə yönəlik bir səbəb vardır. Etdikləri hər şeyi sadəcə özləri üçün edərlər. Bir gün güldürüb 10 gün acı verdiklərini görməzlər belə. Vicdanlarını rahatlatmaq üçün hər zaman bir səbəbləri, bəhanələri vardır.
